Avropada sərhədi qanunsuz keçənlərin sayı kəskin artdı

Avropada sərhədi qanunsuz keçənlərin sayı kəskin artdıBu ilin 11 ayı ərzində Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxil olmağa çalışan miqrantların sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Publika.az xəbər verir ki, qanunsuz miqrasiyanın əsas hərəkət marşrutları üzərində bu il ümumilikdə 184 min 180 sərhəd pozulması halı qeydə alınıb. Bu barədə məlumatı Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (Frontex) yayıb.
Agentliyin hesabatında bildirilir ki, bu il qeydə alınan göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 faizlik artım deməkdir. 2020-ci ildə pandemiya səbəbindən ciddi azalma olsa da, bu ilin göstəricisi pandemiyadan əvvəlki 2019-cu ildən 45 faiz yüksək olub.
Agentliyə görə, qanunsuz miqrasiya hallarının artımı əsasən Şərqi Avropa sərhədlərində artıb, qanunsuz miqrasiya üçün qeyri-ənənəvi sayılan ərazilərdə bu il səkkiz mindən yuxarı qanunsuz miqrant müəyyən edilib (2020-ci ilə baxanda 13 dəfə çox). Həftələrdən bəri Belarusdan keçməklə Polşaya və ya Baltik ölkələrinə daxil olmaq istəyən minlərlə miqrant sərhəd ərazilərdə cəmləşib.
Eyni zamanda, Qərbi Balkan marşrutunda da canlanma müşahidə olunur, bu il həmin istiqamətdə 55 min 130 şəxs Aİ məkanına qanunsuz şəkildə daxil olub (2020-ci illə müqayisədə 138 faiz artım). Mərkəzi Aralıq dənizi marşrutu üzrə, yəni Siciliya və Malta sahilləri istiqamətində isə 64 min qeyri-leqal sərhədkeçmə halı müəyyən edilib (2020-ci ildən 89 faiz çox).
Qeyd edilib ki, qanunsuz miqrantların mənşə ölkələri siyahısına isə ənənəvi olaraq Əfqanıstan, Suriya və İraq başçılıq edir.

Dünya       Tarix: 17 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat ən son xəbərlər sonxeber az apa.az xeberler