"Avropalıların ssenarisi ilə oynanılan erməni tamaşası" - Deputatdan AÇIQLAMA

İki gündür Azərbaycan-Ermənistan sərhədində düşmən ölkənin siyasi şousu davam edir. Avtomobil karvanını Laçın sərhəd-keçid məntəqəsinə qədər gətirən Ermənistan nəyin bahasına olursa-olsun yükləri Laçın yolundan Qarabağa çatdırmağa çalışır. Azərbaycanla razılaşdırılmadan belə bir addımın atılması Ermənistanın siyasi oyunların iştirakçısına çevrildiyini göstərir.
Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov Ermənistan rəhbərliyinin bununla şou yaratdığını bildirir:
"Ermənistanın hərbi-siyasi hərbərliyi sözün əsil mənasında bütün dünyaya şou təqdim edir. Təbii ki, bu şounun ssenaristləri, rejissorları və aktyorları var. İstəyirlər ki, siyasi şou fonunda müəyyən siyasi və iqtisadi dividendlər əldə etsinlər, Azərbaycana qarşı müəyyən beynəlxalq təzyiqlərə nail olsunlar. Cidd-cəhdlə çalışırlar ki, Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılsın. İstəyirlər ki, humanitar yüklər adı altında silah-sursat, minaları və hərbi qüvvələri Ermənistandan Qarabağa daşısınlar, oradakı separatçı tör-töküntülərin sıralarını genişləndirsinlər. İndi bütün bunların hamısının qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb. Bunu isə heç cür həzm edə bilmirlər.
Azərbaycan dövlətinin prinsipal mövqeyi var. Azərbaycan Ermənistan və Qarabağda yaşayan ermənilər arasında humanitar əlaqələrin saxlanılmasının heç də əleyhinə deyil. Bir çox hallarda ona dəstək verir və təklif edir ki, Ağdam-Xankəndi yolundan istifadə edilsin. Yüklərin həmin marşrutla daşınması həyata keçirilsin. Ermənilərin niyyəti isə tamam başqadır. Hay-küy kampaniyası aparmaqla Azərbaycanı humanitar terrorda günahlandırmaq istəyirlər. Digər niyyətləri də var. Beynəlxalq ictimai fikrin antiAzərbaycan mövqeyində formalaşdırılmasına çalışırlar. Bu kontekstdə Azərbaycana beynəlxalq təzyiqin reallaşmasına, daha sonra prosesin məntiqi nəticəsi olaraq aprelin 24-dən fəaliyyətə başlayan Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini dayandırılmasına nail olmaq istəyirlər. Nəticədə Azərbaycan-Ermənistan münasibətləri özünün pik nöqtəsinə gəlib çatacaq. Bununla da sülh müqaviləsindən imtina edəcəklər. Beləliklə, Paşinyan öz hakimiyyətinin ömrünü daha da uzatmağı düşünür.
Narahatlıq yaradan məqamlardan biri bəzi Qərbi Avropa ölkələri səfirlərinin bu işdə canfəşanlıq etməsidir. Avropa İttifaqının Borrel səviyyəsində xarici siyasət məsələsinə cavabdeh olan bir şəxsi Ermənistanın yanında olduğunu bəyan edir, onları dəstəkləyir, antiAzərbaycan mövqeyini nümayiş etdirir.
Halbuki Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı iddialarını əsassız sayıb və Azərbaycanın haqlı olduğunu bildirən qətnamə qəbul edib. Bütün bu reallıqlar onu göstərir ki, bəzi Qərb siyasi dairələrində riyakarlıq edirlər və bu qəbuledilməzdir. Belə təzyiq metodu ilə Azərbaycanın mövqeyini dəyişmək olmaz. Çünki bizim işimiz haqq işidir. Qarabağdakı erməniləri öz vətəndaşlarımız hesab edirik. Onların təhlükəsizliyinin, hüquqlarının qorunması üçün istənilən təminat məsələlərində Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 29 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe xeberler bugun cəbhədən son məlumat qurban bayrami 2026