Avropanı etiraz dalğası bürüdü - Minlərlə insan küçələrə axışdı
Yeni tip koronavirusla mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə qarşı etirazlar Avropanın bir çox ölkəsinə sıçrayıb.
Publika.az xəbər verir ki, bəzi ölkələrdə polislə etirazçılar arasında qarşıdurma yaşanır.
Ən şiddətli aksiyalar Niderland, Belçika, Sloveniya, Çexiya, Avstriya, Macarıstan və Bolqarıstanda yaşanır.
Niderlandda küçəyə çıxma qadağasının ikinci həftəsində polisin sərt tədbirlərinə rəğmən, etirazlar bazar gününə qədər davam edib. Amsterdamdakı Muzeylər Meydanında toplaşan yüzlərlə etirazçı məhdudiyyətlərin dərhal ləğv edilməsini tələb edir.
Polis aksiyalara səs bombası və təzyiqli su ilə müdaxilə edir.
Avstriyadakı etirazlarda bir qrup mitinqlərin qadağan olunmasına rəğmən, paytaxt Vyananın əhəmiyyətli prospektlərindən biri olan Rinqstrasse nəqliyyatın hərəkətinə bağlanıb. "Peyvənd məcburiyyətinə yox", "Sənin (baş nazir) qaydalarından bezdik" kimi şüarlar səsləndirilib. Etirazlarda 32 nəfər saxlanılıb, 2 min insana cərimə yazılıb.
Belçikadakı aksiyalarda 300 nəfər saxlanılıb. Sosial media vasitəsilə təşkilatlanan vətəndaşlar paytaxtın mərkəzi qatar stansiyası və şəhərin simvolik abidələrindən olan "Atomium" yaxınlığında toplaşmaq istəyib. Etirazçılar pandemiya tədbirlərinin yumşaldılmasını tələb edib.
Danimarkada 2020-ci ilin dekabr ayında başlayan etirazlar hələ də davam etməkdədir.
"Qara geyinən adamlar" (Men in Black) tərəfindən ölkənin ikinci böyük şəhəri olan Arxusda etiraz aksiyası keçirilib. Polis 4 nəfər barəsində tədbir görüb, hüquq-mühafizə orqanları əməkdaşlarına daş atan 20 yaşlı qadın saxlanılıb.
Bolqarıstanda Səhiyyə naziri Kostadin Angelovun istefası tələb olunub. Baş nazirin ofisinin qarşısında toplaşan aksiyaçılar restoranların 1 fevral, əyləncə məkanlarının 15 fevraldan etibarən açılmasını tələb edib.
Sloveniyada hökumətdən məktəblərin açılması tələb edilir. Koper şəhərində yüzlərlə tələbə və valideynin qatıldığı aksiyalarda artıq distant təhsildən imtina gündəmə gətirilib.
Macarıstanın paytaxtı Budapeştdəki Qəhrəmanlar Meydanında toplaşan vətəndaşlar məhdudiyyətlərin ləğvini tələb edib.
Çexiyadakı mitinqlər digərlərinə nisbətən daha sakit keçib.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru