Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluAvropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu
Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilmişdir. Ölkəmiz qitə üçün etibarlı və sabit mavi yanacaq təchizatçısı kimi tanınır. Bu səbəbdən Azərbaycan artıq Pan-Avropa qaz təchizatçısı imicini qazanmış və beynəlxalq enerji bazarında öz mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı bu əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı marağın olduğunu bir daha göstərdi.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata birgə bəyanatla çıxış edərək əməkdaşlığın əsas istiqamətləri barədə fikirlərini bölüşdülər. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın ən mühüm sahələrindən birinin enerji sektoru olduğunu vurğuladı və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd etdi.
Dövlət başçısı bildirdi ki, xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" sənədin imzalanmasından sonra Azərbaycan qazının Avropaya ixracı həm həcm, həm də ölkələrin sayı baxımından əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını qəbul edir və ümumilikdə 16 ölkə ölkəmizdən qaz alır. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunun getdikcə gücləndiyini və bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm yer tutduğunu nümayiş etdirir.
Beləliklə, Azərbaycan yalnız region üçün deyil, bütövlükdə Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti həm iqtisadi inkişafı sürətləndirir, həm də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Müəllif: AidəMəmmədli
Göygöl rayonu üzrə Təhsil sektorunun məsləhətçisi / azxeber.com

Siyasi       Tarix: 14 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler ən son xeberler sonxeber az kriminal xeber