Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə

Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəHazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur.
1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 
1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən, həmin gün "Energetik günü" kimi qeyd edilir.
Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. 
Fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Dövlətimizin başçısının təməlqoyma mərasimində çıxışı ilə əlaqədar tədbirdə qeyd etdiyi kimi, "Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir".
Ümumiyyətlə ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha "təmiz enerji" mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin "yaşıl enerji" zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təklifləri daim səsləndirilir. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Hazırda təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. 
Bir sözlə Azərbaycan təmiz enerji ilə bağlı nəhəng layihələrin icrası istiqamətində böyük addımlarını atır. Dünyada gedən proseslər Azərbaycanın hədəf bazarı seçdiyi regionda təmiz enerjiyə tələbatın orta və uzunmüddətli dövrdə qat-qat artacağını göstərir. 
Əbilfəz Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik / azxeber.com

Sosial       Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər xankendi xeberler axsam.az xeberler