Avropanın "Müsəlman məsələsi" və müasir səlib yürüşü

Avropanın "Müsəlman məsələsi" və müasir səlib yürüşüAvropanın "Müsəlman məsələsi" və müasir səlib yürüşü
"Müsəlman məsələsi" bu gün sürətlə Avropada XIX əsrdə hökm sürən "yəhudi məsələsi"nə çevrilir. İslama və müsəlman icmalarına qarşı neqativ münasibət dini dözümsüzlüyü əks etdirir, plüralizmi və demokratiyanı məhdudlaşdırır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə icazə verməsinə cavabında deyib.
O, bununla bağlı məqaləni "Al-Jazeera"ya göndərib.
İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun "Avropa ruhunun xilası" adı ilə sanki bilərəkdən səlib yürüşünü təşkil etdiyini deyərək, bu yanlış hərəkətlərin ekstremizm üçün şərait yaratdığını vurğulayıb.
"İslam peyğəmbərinin təhqir olunduğu karikaturalar və onların sayını dəfələrlə artırmaq "söz azadlığı" deyil. Bu, özü-özlüyündə ekstremist fəaliyyətdir... Özü də nəinki İŞİD, Əl-Qaidə və analoji terror qrupları üçün şərait yaradır, həmçinin bütün İslam dünyasını təhqir edir", - deyə o bildirib.
"Dini dəyərlərinizi itirdiyiniz üçün başqalarından da bunu istəmək siyasətinizi daha ağıllı və hörmətli etməz. Sekulyarizmin, müasirliyin nə dərəcədə təsir etməsinə baxmayaraq, müsəlmanlar üçün Hz. Məhəmməd ən müqəddəs və hörmətli insan olaraq qalır. Ona hörmət şiddətli ekstremizmlə uzlaşma deyil, mənəvi və siyasi borcdur", - deyə İbrahim Kalın əlavə edib.
O, bütün dünya müsəlmanlarının dindən manipulyasiya kimi istifadə edən ekstremistləri və terrorçuları şiddətlə tənqid etdiyini deyib, həmçinin, İŞİD, Əl-Qaidə və başqalarının digər qruplaşmalardan daha çox müsəlman qətlə yetirdiyini, İslama ziyan vurduğunu bildirib.
Məqalə müəllifi "Şarli Hebdo"da dərc olunan karikaturaların "söz azadlığı" kimi təqdim olunmasını isə dünya müsəlmanlarının qəlbinə və ağlına təcavüz adlandırıb:
"Bu İslamla Qərb dünyası arasında divarları qaldırmaqdan başqa bir işə yaramır və qarşılıqlı etimadın vacib olduğu dövrdə güvənsizlik hiss yaradır".
İbrahim Kalın məqalənin sonunda müasir Avropada "müsəlman məsələsi"nin yeni müasir səlib yürüşləri ilə həll olunmayacağını vurğulayıb.
"Bu məsələ daha müdrik siyasət, başqalarına qarşı həqiqi hörmət, ümumi dəyərlərimizə və ümumi gələcəyimizə daha ciddi baxış tələb edir", - deyə Türkiyə prezidentinin sözçüsü fikrini yekunlaşdırıb. /oxu.az

Siyasi       Tarix: 09 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən son məlumat son xeber son xeber.az