Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı TƏKLİF EDİR

Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı TƏKLİF EDİRAzərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq.
KONKRET.az Avstriya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın enerji tənzimləyicisi "E-Control"un rəhbəri Volfqanq Urbançiç bildirib.
"Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? Hazırda saxlanc yerlərinin doluluq səviyyəsi təxminən ilin bu vaxtına uyğundur. Amma Rusiya qazı ilə bağlı problemlər yaranarsa, başqa variantları da nəzərdən keçirməliyik. Çünki məqsəd anbarlara gələn qışa yetəcək qədər qaz toplamaqdır", – V.Urbançiç vurğulayıb.
"E-Control"un rəhbərinin sözlərinə görə, Avstriyada qazdan bir milyon evin isidilməsi, eləcə də elektrik enerjisi üçün istifadə olunur, bu səbəbdən də əsas məqsəd elektrik enerjisinin daimi təchizatıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər.
"İndi bu həm Avropa, həm də milli səviyyədə məqsəd Rusiya yanacağından asılılığı (Avstriyada istehlak edilən qazın 80 %-i Rusiyadan gəlir – red.) azaltmaq olmalıdır", – V.Urbançiç söyləyib.
Qeyd olunur ki, Ukraynada münaqişə başlayandan sonra enerji daşıyıcılarının qiymətləri kəskin artıb və Rusiya qazından mərhələli şəkildə imtinanın qiymətlərin daha da "şişməsinə" səbəb olacağı ilə bağlı narahatlıq var.
V.Urbançiçin sözlərinə görə, indi Azərbaycan, Əlcəzair və ya Norveç kimi digər qaz təchizatçıları ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər: "Əminəm ki, o zaman qiymətlə bağlı vəziyyət normallaşacaq və qazın qiyməti aşağı düşəcək".
O, Milli Şuranın qazın "strateji ehtiyatları"nın yaradılması ilə bağlı qərarını düzgün hesab edir: "Bu, aylıq istehlaka bərabər ehtiyatdır. Böhran zamanı ondan istifadə etmək olar".
Almaniya iki il ərzində Rusiya qazından asılılığı tam aradan qaldırmağı qarşısına məqsəd qoyub. "E-Control"un rəhbəri bunu Avstriyanın nümunəsində qeyri-real hesab edir. Bununla belə, o qeyd edir ki, bərpa olunan enerji artıq elektrik enerjisinin 80 %-ni təmin edir: "100 % göstəriciyə 2030-cu ilə qədər nail olmaq lazımdır".
Xatırladaq ki, cümə günü Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığının azaldılması problemini həll etmək və avropalıları enerji qiymətlərinin yüksəlməsindən qorumaq üçün qaz, hidrogen və mayeləşdirilmiş təbii qazı birgə almaq və saxlamaq barədə razılığa gəliblər. Bununla belə, onlar enerji qiymətlərinə yuxarı həddi müəyyən etməyiblər.
Kollektiv qaz alışına Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri qoşula bilər./Report

Sosial       Tarix: 26 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az