"Avstriya bəyan etdi ki, Sərdar Cəlaloğlu hakimiyyətə işləyir"
Avstriya hakimiyyəti 6 ildir bu ölkədən siyasi sığınacaq almağa çalışan Qasımovlar ailəsini Azərbaycana deportasiya etmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, Siyafər və Şəmsiyyə Qasımovlar 2016-cı ildə iki övladı ilə birlikdə Azərbaycanı tərk ediblər. Avstriyaya gələn Siyafər Qasımov müxalif Azərbaycan Demokrat Partiyasının (lideri Sərdar Cəlaloğlu – red.) fəalı olduğunu bəyan edib və bildirib ki, həbs olunacağından qorxaraq ölkədən qaçıb.
Qasımovlar Aşağı Avstriyada məskunlaşıblar. Siyafər mexanik işləməyə başlayıb, Şəmsiyyə isə yerli universitetlərdən birinə daxil olub. Bütün bu illər ərzində Qasımovlar ailəsi vətənlərində siyasi təqiblərə məruz qaldıqlarını sübut etməyə çalışırdılar.
Lakin bu yaxınlarda Avstriya Federal İnzibati Məhkəməsi üçüncü və sonuncu dəfə Qasımovların siyasi sığınacaq tələbini rədd edərək, onların Azərbaycana deportasiyasına qərar verib.
"Azərbaycan Demokrat Partiyası əsl müxalifət partiyası deyil, hakimiyyətə işləyir və onun üzvləri repressiyalardan qorxmamalıdır. Nə həyat yoldaşları, nə də onların uşaqları təhlükə altında deyil", – "Kurier" nəşri Federal İnzibati Məhkəmənin qərarından sitat gətirir.
Qərar Siyafər Qasımovu şoka salıb: "Övladlarım avstriyalıdır, Azərbaycan dilini belə bilmirlər. Burada iş tapmışam, uşaqlarım gimnaziyaya gedirlər. Bizim avstriyalılar arasında dostlarımız var. Azərbaycana qayıtmağım ailəm üçün fəlakət olacaq". Virtualaz.org

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var