Avtobuslarda 40-a yaxın sərnişinin cibinə girdi
Bakıda sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb.
Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.
F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.
Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər. /open.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU