Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏAzərbaycanın avtomobil bazarında yay aylarından etibarən durğunluq yaşansa da, dekabrın ilk həftəsində yenidən aktivlik başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O, bazarda son dəfə qiymət artımının avqustda olduğunu bildirib:
"Rəsmi diler və distribütorlar yeni il bayramı ərəfəsində çoxlu endirim təklif edirlər. Bazarda yeni avtomobillərin sayı artıb. Gələn ilin birinci rübündən ölkədə avtomobil qiymətlərinin artacağı proqnozlaşdırılır. Əsasən köhnə avtomobillərin bahalaşacağı gözlənilir. Çünki istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər qoyulub. Bununla yanaşı qarşıdakı aylarda utilizasiya proqramının başlanacağı, utilizasiya rüsumlarının toplanacağı gözlənilir. Bu amillər köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. Bu ilin payız fəsli ilə ötən ilin eyni dövrü arasında böyük fərqlər var. Ötən payızda ölkənin avtomobil bazarı daha aktiv idi".
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də gələn il köhnə avtomobillərin bahalaşacağını deyib:
"İlin sonu olduğu üçün yeni avtomobillərin qiymətində artım yoxdur, əksinə endirimlər var. Köhnə avtomobillərin bazarda böyük satış həcmi yoxdur. Yeni avtomobillərin isə stokları tükənir, sayı azalır. Bir çox markalar satışlarda 3-10 min manat endirim təklif edir. Məsələn, 43 min manata olan yeni avtomobillərin qiyməti 39 500 manata, 55 min manata olanların 51-52 min manata, 95 min manata olanların isə qiyməti 85 min manata enib. Hətta rəsmi dilerlər arasında 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün bir qədər satış var. Vətəndaşlar yeni il qabağı kampaniyalardan yararlanmaq istəyirlər. Satış çox olmasa da, maraq və müraciət çoxdur. Ümid edirəm ki, dekabrın 15-dən sonra bu müraciətlər satışa çevriləcək".
E.Əliyev hesab edir ki, köhnə avtomobillər keçən aya baxdıqda hələ ki, çox bahalaşmayıb:
"Məsələn, 2008-ci ilin 3,5 min kubsantimetr mühərrik həcmli avtomobili bazarda 22 min manata idisə, elə o qiymətdə də qalıb. Çünki satış yoxdur. İkinci əl avtomobillərə maraq azalıb".
Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirirlər ki, bazarda əsas üstünlük "Mercedes", "Hyundai", Toyota" kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:
"Mercedes C-class" (2007-2008-ci il) – 12 500-23 000 manat
"Mercedes GL-class" (2006-2007-ci il) – 22 500-37 500 manat
"Mercedes GL-class" (2015-ci il) – 52 500-81 500 manat
"Nissan Kicks" (2019-2021-ci il) – 27 500-34 000 manat
"Nissan Sunny" (2010-2011-ci il) – 12 000-17 500 manat
"Hyundai Sonata" (2008-2009-cu il) – 12 500-24 000 manat
"Hyundai Santa Fe" (2014-2015-ci il) – 27 500-44 500 manat
"Hyundai Accent" (2021) – 29 500-33 000 manat
"Hyundai Accent" (2010-2011-ci il) – 10 500-19 000 manat
"Toyota Camry" (2014-2015-ci il) – 23 500-40 000 manat
"Toyota Camry" (2021-ci il) – 50 000-75 000 manat
"Opel Astra" (2006-2007-ci il) – 8 000-18 500 manat
"Chevrolet Cruze" (2012-2013-cü il) – 10 000-18 000 manat.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 374 milyon 23 min ABŞ dolları dəyərində 81 min 206 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 65,7% və 33,6% çoxdur.
Hesabat dövründə Azərbaycan xaricdən 295,531 milyon ABŞ dolları dəyərində (2,5 dəfə çox) 11 min 769 ədəd (20,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 98,299 milyon ABŞ dolları dəyərində (7,7 dəfə çox) 2 min 425 ədəd (6,6 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.

Sosial       Tarix: 13 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari hava proqnozu dunya xeberleri metbuat xeberleri