Avtomobil üç maşına çırpılıb mağazaya girdi - ANBAAN VİDEO
Göyçay rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
Yolda sürətlə hərəkət edən VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış VAZ-2106, VAZ-21011 və VAZ-2107 markalı avtomobillərə çırpılıb.
Sonra VAZ-2107 markalı avtomobil elektrik dirəyini aşırıb, daha sonra isə "Telefon evi" adlı mağazanın pəncərəsindən içəri daxil olub.
Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan üç nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Telefon mağazasının sahibi Rauf Musayev bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almasa da, həyəcan keçiriblər.
Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar