Axşamlar gec yemək bu xəstəlikləri yaradır - HƏKİM MƏSLƏHƏTİ
Axşamlar gec yemək xroniki yorğunluğa, həmçinin, mədə-bağırsaq və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı dietoloq Aleksey Kabanov deyib. Mütəxəssis bildirib ki, axşam saat səkkizdən sonra istənilən yemək mədə-bağırsaq traktını çox yükləyir.
Onun sözlərinə görə, orqanizm qidaları uzun müddət həzm etdiyindən şəkər və xolesterinin səviyyəsi yüksəlir. Gecə ət və ya süd məhsulları yeyirsinizsə, vəziyyət daha da pisləşə bilər: "Orqanizm bu ağır və zərərli qidaları həzm etmək üçün çox çalışmalıdır. İçərisində doymuş yağların çox olması həzm prosesini ləngidir. Qanda şəkər və xolesterinin səviyyəsi yüksəlir. Bu gecə saatlarında baş verdikdə xüsusilə təhlükəlidir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə riski xeyli artır".
Dietoloq bitki mənşəli yeməklərə üstünlük verilməsinin tərəfdarıdır. Üstəlik, axşam vaxtı quru meyvə yemək də faydalıdır.
O, həmçinin xatırladıb ki, fiziki fəaliyyət və müsbət emosiyalar yuxunu yaxşılaşdıra bilər: "Təmiz havada gəzinti yaxşı yuxu üçün idealdır. Sağlam yuxu olmadan aktiv həyat mümkün deyil. Bunun başqa yolu xoşbəxtlik və ya həyatdan məmnunluqdur. Sadəcə xoşbəxt olmaq çox vacibdir. Həyatda ən kiçik hadisələrdən həzz almağa çalışın", – deyə Kabanov fikrini yekunlaşdırıb.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu