Axtarışda olan şəxs Qubada ələ keçdi
Ötən ildən axtarışda olan şəxs Quba rayonunda saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3 (oğurluq-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan rayon sakini, 28 yaşlı Əfqan Qafarov rayon ərazisində saxlanılıb.
Bildirilir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan rayon sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Suliddin Həsənov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib