AY Partiyadan Freedom House-un yaydığı azadlıq indeksinə ETİRAZ  - FOTO

AY Partiyadan Freedom House-un yaydığı azadlıq indeksinə ETİRAZ  - FOTOAzərbaycan Yüksəliş Partiyasının "Freedom House"un yaydığı azadlıq indeksinə etiraz bəyanatı
Mərkəzi ofisi Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar. insan hüquqları ilə bağlı tədqiqatlar, onların müdafiəsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı "Freedom House" özünün ölkələr üzrə növbəti azadlıq indeksini yayımlayıb.
Burada diqqətçəkən məqamlardan biri gerçəkdə mövcud olmayan "Nagorno-Karabakh" ("Dağlıq Qarabağ") adının siyahıya salınmasıdır. Azərbaycanı Türkmənistan, Şimali Koreya, Əfqanıstan kimi ölkələrlə bir sıraya qoyub, qeyri-azad ölkə kimi göstərən "Freedom House" "Dağlıq Qarabağ"ı Azərbaycandan daha azad ərazi kimi göstərib.
Azərbaycan Yüksəliş Partiyası bildirir ki, bu təşkilat xəritədə "Dağlıq Qarabağ"ı Azərbaycandan ayrı göstərməklə BMT Nizamnaməsini kobud şəkildə pozub. Nəinki bu adda dövlət, hətta Azərbaycan Respublikası ərazisində "Dağlıq Qarabağ" adlı region yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın ayrılmaz hissəsidir.
Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Daha öncə də "Dağlıq Qarabağ"ı Azərbaycandan ayrı təqdim edən təşkilat bununla Qarabağ bölgəsində yaşayanların guya siyasi azadlıqlar baxımından Ermənistana daha yaxın olduğunu göstərərək, dünya ictimaiyyətini Qarabağdakı ermənilərin Azərbaycan ərazisində yaşamasının təhlükəli olduğu kimi yalana inandırmaq istəyir.
Bundan başqa, bölgəyə sülhməramlı adı altında yerləşdirilən Rusiya hərbçilərinin nəzarətində, separatçı rejiminin idarəçiliyində olan ərazini qismən azad idarəetmə sistemində göstərmək ən az yuxarıda sadalanan məqamlar qədər absurddur.
Azərbaycan Yüksəliş Partiyası "Freedom House"-un reallığa söykənməyən, heç bir əsası olmayan azadlıq indeksini pisləyir, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid, etnik zəmində münaqişə və ayrı-seçkilik yaratmağa cəhd kimi qiymətləndirir, bu yolverilməz səhvini dərhal düzətməsini tələb edir.
AY Partiyadan Freedom House-un yaydığı azadlıq indeksinə ETİRAZ  - FOTO

Siyasi       Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler xankendi en son xəbərlər bugün hava haqqinda