Aya qayıdış: Ən güclü raket Yerin təbii peykinə yollanır - CANLI YAYIM
Aya qayıdış: Ən güclü raket Yerin təbii peykinə yollanır - CANLI YAYIM
Bu gün "Artemis 1" ("Artemida 1") missiyası çərçivəsində "Space Launch System" (SLS) raket daşıyıcısı "Orion" kosmik gəmisini Aya çıxaracaq.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) bildirilib.
Buraxılışın Floridadakı Kennedi Kosmik Mərkəzində yerli vaxtla saat 01:04-də (Bakı vaxtı ilə 10:04) baş tutması planlaşdırılır. Gəmi dekabrın 11-də Yerə qayıtmalıdır.
"Artemis 1" sınaq missiyasının bir hissəsi olaraq "Orion" kosmik gəmisi pilotsuz rejimdə Aya yollanmalı və bir neçə həftə onun orbitində qalmalıdır. Sonra Yerə qayıdacaq və Kaliforniya sahillərində Sakit okeana düşəcək.
Sınaq uçuşu SLS raketinin və "Orion" kosmik gəmisinin pilotlu missiyaya hazırlığını yoxlamaq üçündür.
"Boeing" korporasiyası tərəfindən hazırlanmış SLS reaktiv daşıyıcısı hazırda dünyanın ən güclüsüdür. Əsas versiyada o, 95 ton faydalı yükü orbitə çıxarmağa qadirdir. Daşıyıcı raketin perspektivli modifikasiyası daşıma qabiliyyətinin 130 tona qədər artırılmasını təmin etməlidir.
Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan "Artemis" proqramının layihəsini açıqlayıb.
Birinci mərhələ ("Artemis 1") "Orion"un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.
İkinci mərhələ ("Artemis 2") göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur.
Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib