Azad olunmuş ərazilərdə minatəmizləmə işləri necə gedir? - AÇIQLAMA
"İşğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Xocavənd, Ağdam və Tərtər rayonlarına səfərlər edərək monitorinqlər keçirilmiş, bu ərazilərdə fəaliyyət göstərən minatəmizləmə və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirərək məlumat toplusu əldə edilmişdir. Yalnız Kəlbəcər rayonu ərazisində yaranmış vəziyyətə görə ora səfər edə bilmədik. İşğaldan azad edilmiş 11270 km2 ərazinin təmizlənməli olduğunu, bəzi ekspertlər bu ərazilərdə bir milyondan çox mina və partlamamış hərbi sursatın olduğunu bildirir".
Bu sözləri azxeber.com-a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov azad edilmiş ərazilərdə mina təmizləmə işləri ilə bağlı məlumat verərkən deyib.
O, qeyd edib ki, ən azı 1479 km2 ərazinin minalandığı təsdiqlənib:
"2020-ci ilin noyabr ayından bu ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56 573 hektar təşkil edir".
H.Səfixanov bildirib ki, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib:
"Əldə etdiyimiz məlumatlar və monitorinqlər göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar və PHS-in sayı həddindən çoxdur, Ermənistan tərəfindən minaların qoyulmasında qanunauyğunluq yoxdur, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib. Minatəmizləmə əməliyyatları zamanı 1 m2 yerdə 8 mina tapılıb, minalara yalnız keçmiş təmas (Ohanyan səddi) xəttində deyil digər ərazilərdə də rast gəlinir".
İctimai birliyin sədri həmçinin qeyd edib ki, ölkədə mina təhlükəsinin izahı proqramı həyata keçirilir:
"UNİCEF-in ANAMA və Təhsil Nazirliyilə bağladığı memoranduma əsasən ölkədə mina təhlükəsinin izahı proqramı həyata keçirilir. BAMF 6 rayonda, Dayaq təşkilatı isə 4 rayonda bu proqramı davam etdirir. Bu proqram çərçivəsində 01.06.2022 tarixədək 75 bilbord o, cümlədən də 6 böyük bilbord maqistral yollarda quraşdırılıb. 90000 insan maarifləndirilib, 1002 müəllimə online təlim keçirilib, 17200 şagird maarifləndirilib".
Aydın Nuri

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var