Azad olunmuş ərazilərə icazəsiz keçən daha 4 nəfər saxlanılıb - FOTO
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Open.az-a verilən məlumata görə, Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarə etdikləri avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər. Onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının saxla tələbinə məhəl qoymayaraq rayon ərazisinə daxil olublar. Daha sonra həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.





Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar