AZAL Aviaşirkəti "Skytrax" reytinqində yüksək statusunu bir daha təsdiqlədi

AZAL Aviaşirkəti "Skytrax" reytinqində yüksək statusunu bir daha təsdiqlədiAZAL Aviaşirkəti "Skytrax" reytinqində yüksək statusunu bir daha təsdiqlədi
Aviaşirkətlərin və hava limanlarının xidmət keyfiyyətinin aparıcı qiymətləndiricisi olan Britaniyanın "Skytrax" agentliyi, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xidmət keyfiyyətini bir daha yüksək qiymətləndirərək, onu "dördulduzlu aviaşirkət" nüfuzlu statusuna layiq görüb. 
"Azərbaycan Hava Yolları" bu nüfuzlu statusa ilk dəfə 2015-ci ildə layiq görülüb və o vaxtdan həmin statusu qoruyub saxlamaqdadır.  
"Skytrax" ekspertləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən, uçuşlar zamanı rahatlıq və xidmət keyfiyyəti baxımından "Azərbaycan Hava Yolları" qlobal aviasiya bazarında tanınan lider aviaşirkətlərlə eyni səviyyədə qiymətləndirilir.
AZAL-ın  prezidenti Cahangir Əsgərov söyləyib:
"Aviaşirkət xidmətlərinin auditi sahəsində bu cür nüfuzlu təşkilat - "Skytrax" tərəfindən fəaliyyətimiz növbəti dəfə yüksək qiymətləndirildiyi üçün hədsiz dərəcədə qürur hissi duyuruq.
Bu mühüm nailiyyət və beynəlxalq arenada nüfuzumuzun daha da yüksəlməsi "Azərbaycan Hava Yolları"nın vahid komandasının gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini ayrıca qeyd etmək istərdim.
Dövlət başçısının bilavasitə qayğısı və dəstəyi sayəsində AZAL inanılmaz uğurlara imza atmış və növbəti dəfə yüksək nəticələr əldə etməyə nail olub. COVID-19 pandemiyası səbəbindən ümumdünya hava daşımaları sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, müntəzəm uçuşlar yenidən bərpa olunduqdan sonra sərnişinlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi və uçuşların təhlükəsizliyi əvvəlki kimi prioritet məqsədlərimizdən biri olaraq qalacaq".  
"Skytrax" şirkətinin direktoru Edvard Pleysted 4 ulduz mükafatına layiq görülmüş "Azərbaycan Hava Yolları" haqqında bəhs edərkən qeyd edib:
"Azərbaycan Hava Yolları" aviaşirkəti artıq beşinci ildir ki "Dördulduzlu aviaşirkət" reytinqini təsdiq edir. Bu, aviaşirkətin bütün xidmət siniflərində, hava gəmisinin göyərtəsində, eləcə də hava limanları ərazisində  xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasında öz əksini tapır. "Azərbaycan Hava Yolları" yalnız 2019-cu ildə deyil, həmçinin 2020-ci ildə də bu sahədə böyük nailiyyətlər əldə edib".
"Skytrax" tərəfindən aparılan audit zamanı sərnişinlərə göstərilən xidmətlərin səviyyəsi ilə yanaşı, həmçinin təyyarə salonunun vəziyyəti, quruluşu və təmizliyi, təyyarədəki əyləncələr, ekipajın geyim forması, sərnişinlərə münasibət və işin səmərəliliyi yoxlanılıb. Yoxlamanı həyata keçirən şəxslər həmçinin "duty free" mağazalarının xidmət səviyyəsinə, bort jurnalının məzmununa,  təyyarə yeməklərinin keyfiyyətinə, oturacaqların rahatlığına və digər məqamlara diqqət yetiriblər. 
Eyni zamanda, qeyd etmək lazımdır ki, "Skytrax" tərəfindən aparılmış auditin nəticələrinə görə, "Azərbaycan Hava Yolları"nın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin may ayında beş milyon nəfərədək illik sərnişin axını olan dünyanın hava limanları sırasında ən yaxşı hava limanı seçilib. Xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub. 
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına əsasən dörd il ardıcıl olaraq  bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilib. /oxu.az

Turizm       Tarix: 12 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən yeni xəbərlər bugünkü son xəbərlər gunun xeberleri