AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir
AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür:
İstanbul (İstanbul və "Sabiha Gökçen" hava limanları), Antalya, Ankara, İzmir və Trabzon.
Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub. Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, "Sabiha Gökçen" hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür. Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir. Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Endirimli qiymətlərdən yararlanaraq yaz aylarında qardaş ölkəyə səyahət etmək fürsətini qaçırmayın. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto