AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir' - AÇIQLAMA

AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir' - AÇIQLAMAXəbər verdiyimiz kimi, dünən AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. Bu barədə şirkətin sosial şəbəkə hesablarında və rəsmi saytında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək olacaq uçuşların hava yollarının aşağı büdcəli olacağı bildirilib. Lakin istifadəçilər saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd olunan saatdan bir neçə dəqiqə əvvəl saytın onlayn satış bölməsinin işləməməsindən şikayətləniblər. Bu barədə vətəndaşlar AZAL-ın "İnstagram" və "Facebook" səhifələrində deyilənlərin doğru olmadığını, AZAL-ın insanları aldatdığını yazıblar.
Mövzu ilə bağlı azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, AZAL ilə bağlı onlara hər zaman şikayətlər gəlir:
"AZAL dünyanın az şirkətlərindən biridir ki, burada əgər desən ki, biletimi qaytar, qaytarmayacaqlar. Bizə hər zaman belə şikayətlər gəlir, hətta xarici ölkə vətəndaşlarından da biz bununla bağlı şikayətlər alırıq. Bundan da dəhşətlisi "Buta" şirkətidir ki, hətta təyarrənin içərisində ər-arvad ayrı-ayrı yerlərdə oturarsa, gərək 10 avro verəsən ki, yan-yana otura biləsən. Qohum-qohumun yanında oturmaq üçün pul ödəməlidir. Yəni "AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir. Bütün bunlar Azərbaycanda turizmin inkişafına ciddi zərər gətirir və ciddi zərbə vurur.
AZAL-da dünyanın heç bir yerində olmayan əcaib hallar baş verir' - AÇIQLAMAE.Hüseynov deyir ki, dünən baş verən hadisədə istehlakçı hüquqları kobud şəkildə pozulub:
"Mən turizmi xoşlayan bir insanam, lakin AZAL-ın son pandemiya dövrü, ondan sonrakı siyasətindən tam narazıyam. Ona görə də heç bir yerə gedə bilmirəm. Sanki Azərbaycan vətəndaşlarının bu yollarla xarici ölkələrə getməyi məhdudlaşdırılır. Onu da qeyd edim ki, Azərbaycanda turizm həddindən artıq bahadır. Hətta Türkiyədən də neçə dəfə bahadır. Sanki insanları məcbur edirlər ki, heç yerə tərpənməsinlər, öz turizmimizdən istifadə etsinlər. Lakin insanlar da bundan bir müddət sonra bezəcəklər. Biletlərin çıxarılıb-satılması məsələsinə gəlincə, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bunun da kökündə duran səbəb istehlakçı siyasətinin olmaması, istehlakçı hüquqlarını qoruyan dövlət qurumunun susması, lal, kar olmasıdır. Bizdə istehlakçı hüquqlarının müdafiəsi haqda qanun 1995-ci ildə qəbul olunub, onun dəyişməyə çox ehtiyacı var".
Qeyd edək ki, eyni buna bənzər hal Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)-nın Yasamal Yaşayış Kompleksində keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə zamanı baş vermişdi. Həmin vaxt istifadəçilər qurumun onlayn sisteminə vaxtında qoşulsalar da, çox qısa müddətdən- 6-7 saniyədən sonra satışa çıxarılan "442 mənzilin hamısının satıldığının" şahidi olmuşdular.
Ayşən Mirzəyeva

Sosial       Tarix: 23 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbər cəbhədən video maliyye xeberler bugun en sonxeber