AZAL-dan xüsusi təklif: Avropanın səkkiz şəhərinə unudulmaz səyahət
AZAL-dan xüsusi təklif: Avropanın səkkiz şəhərinə unudulmaz səyahət
"Azərbaycan Hava Yolları" Bakıdan Avropanın səkkiz şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aviaşirkətin qeyd edilən istiqamətləri - Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr 2023-cü il tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar - 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir.
Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:
- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletləri 299 avrodan başlayır;
- Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərini 399 avrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz.
Güzəştli aviabiletləri aviaşirkətin www.azal.az saytından, həmçinin "Azərbaycan Hava Yolları"nın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.
Elə indi AZAL-dan aviabilet əldə edin və Avropanın səkkiz şəhərinə unudulmaz səyahətdən zövq alın. / oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi