AZAL-dan yenilik – Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edir. "Qiymətin sabitlənməsi" adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq.
Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait yaradır.
Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki, sərnişin www.azal.az rəsmi saytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra "Qiymətin sabitlənməsi" funksiyasını aktivləşdirə bilər. Sistem bu zaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya 72 saat müddətində olduğu kimi saxlayır.
Xidmətdən istifadə edərkən:
* uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10 avro,
* uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avro məbləğində ödəniş edilir.
Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyata keçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyil və geri qaytarılmır.
Təyin olunmuş müddət ərzində sərnişin "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq biletini rəsmiləşdirə bilər. Bu müddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatik olaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.
Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölmə üzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj və digər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.
Ətraflı məlumat üçün: / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır