AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib - FOTO

AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib - FOTOAZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib - FOTO
"Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və Milli Məclis üzvləri arasında görüş keçirilib. 
Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini qeyd edərək bu prosesdə AZAL-ın rolunu vurğulayıb.
Görüşün əsas mövzularından biri AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planı olub. "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviasiya senayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədi ilə qarşıdakı illər üçün strategiyası və planlarından danışıb.
"2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırırıq. Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti iki növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır", - deyə Samir Rzayev bildirib.
O, əlavə edib ki, belə aviapark ilk növbədə kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcəkdir.
Çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını görüş iştirakçılarına çatdırıb. Bildirib ki, AZAL rəhbərliyi ilə ilk dəfədir ki, bu formatda görüş keçirilir. Birinci vitse-spiker bu cür görüşlərin bir sıra məsələlərin öz həllini tapmasına köməklik göstərəcəyinə inamını ifadə edib. O, sərnişinlərin rahat uçuş şəraitinin, yüksək səviyyədə xidmət və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, aviaşirkət sərnişinlərin tələbat və gözləntilərini qarşılamaq üçün xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə çalışmalıdır.
Tərəflər həmçinin marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.
Görüş iştirakçıları həmçinin, "Azərbaycan Hava Yolları" və "Buta Airways"in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.
Xalqın nümayəndələri kimi deputatlarla görüşün aviasiya sənayesinə təsir edən qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayan AZAL-ın prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviaşirkətin fəaliyyətinin davamlı inkişafı və təkmilləşdirilməsi, o cümlədən ümumi məqsədlərə nail olmaq üçün parlamentarilər və digər maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonra Milli Məclisin üzvləri Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin fəaliyyəti ilə tanış olublar.
AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib - FOTOAZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib - FOTO

Turizm       Tarix: 15 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az son xəbərlər bugün 2026 son xeber.az son xeber