AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədərOktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Əksər marşrutlar üzrə biletlər artıq satışdadır.
Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər.
Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa, Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə uçuşlar isə bərpa olunub.
İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən faydalana bilərlər.
Eyni zamanda AZAL rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Sərnişinlər aviaşirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə biletlərin onlayn bronunu həyata keçirə, oturacaq seçimi edə, xüsusi menyunu sifariş verə, xidmət sinfini yüksəldə və baqaj əldə edə bilərlər. Bu imkanlar səyahəti daha rahat və çevik edir.
AZAL ilə yeni mövsüm müxtəlif istiqamətlər, müasir xidmətlər və komfortlu səyahət deməkdir.
Bütün istiqamətlər üzrə aviabiletləri aviaşirkətin rəsmi saytı, mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür. / azxeber.com

İqtisadiyyat       Tarix: 26 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag