AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar
AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar
Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bu siqnalları ilk dəfə Azərbaycan Milli daşıyıcısının (AZAL) təyyarələri qəbul edib.
İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.
Bu radioçağırış siqnalları qeydiyyata alınaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılıb.
Qeyd etməliyik ki, Azərbaycan ICAO-nun üzvüdür və Beynəlxalq mülki aviasiya haqqında konvensiyaya uyğun olaraq (həmçinin "Çikaqo Konvensiyası" kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
Mülki aviasiya üçün əsas olan Konvensiya dövlətin öz ərazisinin hava məkanı üzərində suverenliyini, habelə bu sənədin tələblərinə uyğun olaraq hər bir ölkə qarşısında hava məkanında beynəlxalq aeronaviqasiyanı təmin etmək öhdəliklərini müəyyən edir.
Azərbaycanın hava məkanında aeronaviqasiya xidmətini təmin etmək üçün Azərbaycanın uçuş məlumatları sahəsinin (UMS) sərhədləri ICAO Şurası tərəfindən müəyyən edilərək təsdiq olunmuşdur və ölkəmizin suveren sərhədlərinə tam uyğundur.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var