AZAL IOSA auditindən uğurla keçib
AZAL IOSA auditindən uğurla keçib
"Azərbaycan Hava Yolları" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) uğurla keçib.
Qurumdan verilən məlumata görə, IOSA auditi aviaşirkətin uçuş təhlükəsizliyinə təsir edən əsas fəaliyyət sahələrini, o cümlədən hava gəmilərinin təmiri və texniki xidmət, uçuşların yerinə yetirilməsi, əməliyyatlara nəzarət və uçuşların planlaşdırılması, hava gəmilərinə yerüstü xidmət, yük daşımaları, aviasiya təhlükəsizliyi, təşkilat və idarəetmə sistemlərini əhatə edir.
IOSA auditinin uğurla tamamlanması hava nəqliyyatı sənayesində aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu kimi qəbul edilir. IOSA beynəlxalq səviyyədə tanınmış audit prinsiplərinə əsaslanır. Proqrama əsasən auditlər standart və davamlı şəkildə həyata keçirilir. IATA təşkilatı aviaşirkəti təxminən 1000 IOSA təhlükəsizlik və keyfiyyət standartlarına əsasən iki ildə bir dəfə yoxlayır.
Auditlər IATA-nın xüsusi akkreditasiya prosesindən keçmiş təşkilatlar tərəfindən aparılır. Həmçinin, eyni audit təşkilatının ardıcıl olaraq aviaşirkətin yoxlanmasının həyata keçirməsinin qarşısı alınır. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu