AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.
Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Baqaj (23 kiloqrama qədər) və əl yükü (10 kiloqrama qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin rəsmi saytında təqdim olunacaq.
Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.
Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq. /oxu.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ