AZAL rəsmisi: Təyyarə qəzası ilə bağlı tədqiqatlar illərlə davam edə bilər
"Təyyarə qəzası ilə bağlı tədqiqatlar illərlə davam edə bilər".
KONKRET.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.
"Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qurumlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur.
"Şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin. Məhdudiyyət yoxdur. Qəza hadisələri, əgər buna ehtiyac varsa, təhqiqatlar illərlə davam edə bilər. Məsələn, hansısa bir təhqiqat gedirsə, təyyarənin hansısa bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona açılış edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, bir ilə başa çatsın. Məhdudiyyət qoymurlar, nəyə görə? Çünki yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hansısa bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb", – deyə o qeyd edib. (teleqraf)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?