AZAL təyyarə salonuna əl yükünün keçirilməsini qadağan etdi
AZAL təyyarə salonuna əl yükünün keçirilməsini qadağan etdi
Təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir.
Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.
Yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.
Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir.
Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.
AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən, kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək, baqaj bölməsinə təhvil verilməlidir.
Həmçinin, "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var