AZAL yeni geyim formalarını təqdim edib - FOTO

AZAL yeni geyim formalarını təqdim edib - FOTOAZAL yeni geyim formalarını təqdim edib - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib.
AZAL-dan verilən məlumata görə, yeni forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul olunmasını təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.
"Komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir, - deyə yeni təyin olunmuş Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib. - Bütün bunlar AZAL-ın əsas prioritetlərindən biri olan rahat və qüsursuz səyahət təcrübəsinin ayrılmaz hissələridir".
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksəkkeyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.
"Mən fəxr edirəm ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir simbioz yaratmağa çalışdıq. Məqsədimiz hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi", - deyə Rüfət İsmayıl bildirib.
Yeni forma uçuş heyəti, "VIP Lounge" və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada brendin identik şəklində qəbul olunmasını təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.
AZAL yeni geyim formalarını təqdim edib - FOTOAZAL yeni geyim formalarını təqdim edib - FOTOAZAL yeni geyim formalarını təqdim edib - FOTOAZAL yeni geyim formalarını təqdim edib - FOTOAZAL yeni geyim formalarını təqdim edib - FOTO/ oxu.az

Turizm       Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 ən son xəbər xeberler bugun 2026 cəbhədən son xəbərlər 2026