Azay Quliyev: "Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq

Azay Quliyev: "Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaqAzay Quliyev: "Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq"
"AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin tələblərini və qadağalarını kobud şəkildə pozaraq qızına toy etməsi, toy mərasimində bir sıra rəsmlərin, o cümlədən YAP-ın icra katibinin müavini və deputat Siyavuş Novruzovun iştirak etməsi və buna həm də haqq qazandırması ictimaiyyətdə və sosial şəbəkələrdə haqlı olaraq ciddi narazılığa və hiddətə səbəb oldu". 
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev öz "Facebook" hesabında yazıb.
O daha sonra qeyd edib: "Həqiqətən də belə bir mənzərənin şahidi olmaq həm təəccüblü oldu, həm də üzücü. Təəccüblü oldu ona görə ki, uzun müddət dövlət aparatında işləmiş, deputat olmuş şəxslərin belə bir qanun pozuntusuna yol verməsini açığı deyim, şəxsən mən gözləmirdim, üzücü oldu ona görə ki, özlərinin hərəkət və davranışları ilə cəmiyyətə nümunə olmağa borclu olanlar, o cümlədən hər gün hamının karantin rejiminin tələblərinə əməl etməyə səsləyənlər özləri qanunu heçə sayaraq, vətəndaşlara hörmətsizlik edərək belə bir mərasimi düzənlədilər və iştirak etdilər.
Ona görə də onların bu cür hərəkətlərinə ictimaiyyət haqlı olaraq çox kəskin və sərt reaksiya verdi və nəticədə çox məntiqi bir sual yarandı: qanun hamı üçün qanundur, yoxsa bu qayda və qadağaların bəzilərinə aidiyyatı yoxdur və onlar istədiyini edə bilərlər?
Bu gün Abşeron rayon məhkəməsi bu suala çox ədalətli və obyektiv şəkildə cavab verdi, qanunun tələblərini pozan sabiq deputat İlham Əliyevə və onun qudası Rövşən Mustafayevə 15 sutka həbs cəzası verməklə qanuna və dövlətə açıq meydan oxumağın bədəlinin nə olduğunu hamıya göstərdi. Siyavuş Novruzova isə YAP bu hərəkətinə görə töhmət verdi.
İctimaiyyət bir daha əmin oldu ki, dövlətin qanunlarına qarşı çıxanlar kimliyindən asılı olmayaraq bu cür sərt şəkildə cəzalanacaqlar! Qanunu pozanların bağışlanılmaması və dərhal cəzalandırılması sıravi vətəndaşlarda dövlətə olan inam və etimadı daha da artırdı, qanunun aliliyini və ədaləti bərqərar etdi.
Sonda isə onu da xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizin və xalqımızın təhlükəsizliyi, sağlamlığının qorunması istiqamətində yorulmadan gördüyü işlərə, prinsipial mövqeyinə, atdığı addımlara heç kim kölgə sala bilməz, milli mənafeyə yönəlik ali iradəsinə qarşı keç kim çıxa bilməz. Xalqımız və ictimaiyyət dövlət başçısının, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın pandemiya dövründə hər bir vətəndaşın qanuni maraqlarının və mənafelərinin qorumaq üçün etdikləri fədakarlığın tam fərqindədir və bunu yüksək qiymətləndirir.
Əminəm ki, bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq".

Siyasi       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az