Azər Allahverənov: "Azərbaycanın möhtəşəm qələbəsi qarşısında Ermənistan çox cılız görünür

Azər Allahverənov: Milli Məclisin deputatı Azər Allahverənov bu gün "Hədəf" verilişində qonaq olarkən Ermənistan tərəfinin sülh prosesində tutduğu mövqeyə münasibət bildirib.
azxeber.com xəbər verir ki, deputat qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyi, parlamenti, Təhlükəsizlik Şurası və digər qurumlarının dilindən səslənən fikirlərdə real narahatlıqdan çox müxtəlif manipulyasiya elementləri hiss olunur. Onun sözlərinə görə, Azərbaycanın böyük sistemlərin inteqral hissəsinə çevrilməsi və bu sistemləri özü formalaşdırması qürurverici haldır.
"Azərbaycanın möhtəşəm qələbəsi qarşısında Ermənistan çox cılız görünür. Böyük sistemin bir hissəsi olmaq üçün böyük düşünmək lazımdır. Təəssüf ki, Ermənistan hələ də bu səviyyəyə gəlib çıxmayıb. Onlar dövlətçilik anlayışından uzaq, dövlət və milli maraqları nəzərə almadan müəyyən qrupların, xarici siyasi mərkəzlərin və dövlətlərin təsiri altında formalaşmış normativ yanaşmalara əsaslanırlar", – deyə deputat vurğulayıb.
Allahverənov bildirib ki, Ermənistanın tutduğu destruktiv mövqe sülh prosesinin ləngiməsinə səbəb olur: "Azərbaycan daim beynəlxalq miqyasda ciddi platformalar qurur və bu proseslərdə fəal iştirak edir. Ermənistan isə ya bu proseslərdən kənarda qalır, ya da reallıqdan uzaq, utopik istəklərlə sanki gedən qatarın son tamburuna tullanmağa çalışır. Biz buna baxmayaraq, Ermənistanı bu proseslərə cəlb etməyə çalışırıq və deyirik ki, heç olmasa həmin qatarın son tamburuna minin və dünyada gedən sürətli dəyişikliklərə gec də olsa qoşulun".
Deputat həmçinin bildirib ki, konstruktiv mövqe nümayiş etdirən bütün tərəflər Azərbaycanın yanında yer alır: "Xüsusilə də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə görüşündə bu açıq şəkildə göründü. Bəzi dövlət rəhbərlərinə ehtiyatlı davranmaq tövsiyə olunsa da, ölkə başçıları tədbirdə iştirak etdilər. Bu isə onu göstərir ki, Azərbaycan hələ də "sabitlik adası" olaraq qalır".
Azər Allahverənov qeyd edib ki, Azərbaycan sülh gündəliyini davamlı olaraq inkişaf etdirir və inteqrasiya layihələri vasitəsilə bu gündəliyi zənginləşdirir: "Artıq Xankəndi, Laçın, Şuşa və digər ərazilər nüfuzlu beynəlxalq tədbirlər üçün dialoq platformalarına çevrilməkdədir. Bu, Azərbaycanın uğurudur. Bəziləri bunu başqa donlara salmağa çalışsalar da, reallıq ortadadır".
Oksana Orucova

Siyasi       Tarix: 08 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026