Azər Türk Bank ötən ili uğurla başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% artaraq, 965,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 316 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 95% yüksəlməklə 69,2 milyon manat, xərclər 58,1 milyon manat olmuşdur.
2022-ci ildə Azər Türk Bank 11 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur. Qeyd edək ki, 1995-ci ildə təməli qoyulmuş Azər Türk Bank özünün fəaliyyəti dövründə ilk dəfədir ki, bu həcmdə xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 23% artaraq, 63,2 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 155% artımla 896 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka ötən ildəkindən iki dəfə çox, 89,4 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 341 milyon manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) dəfələrlə artaraq 22% təşkil etmişdir.
ApplePay və MC MoneySend (xarici bankların MC kartlarına Card to Card) istifadəyə verilmişdir. Eyni zamanda 2022-ci ildə Visa Direct, Tap2Phone, JCB və UnionPay beynəlxalq ödəniş sistemlərinə üzvlük layihələrinə start verilmişdir.
Ötən il ərzində Bank 5 innovativ filialını istifadəyə vermiş, bir filial isə rəqəmsal konsepsiyaya uyğun yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu