Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq.
Bunu "Report"un Ankara bürosuna açıqlamasında "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.
Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.
Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir: "Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq".
H.Büyükfırat deyib ki, konteyner şəhərində bütün sosial təminat qurulacaq: "Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Kahramanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq".
Adıyamana 4, Kahramanmaraşa isə 20-yə yaxın TIR-la yardım çatdırdıqlarını vurğulayan TÜİB sədri Azərbaycandan gələn yardımların Türkiyənin Azərbaycandakı Səfirliyinin koordinasiyası ilə göndərildiyini qeyd edib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO