Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.
azxeber.com Report-a isinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib.
"Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir", - AK Prezidenti deyib.
Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?