Azərbaycan alimləri üçün Cambridge nəşrlərinə açıq çıxış imkanı
Ötən ilin sonlarında Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın nüfuzlu Cambridge University Press nəşriyyatı arasında əldə edilən razılaşma Azərbaycan alimləri üçün beynəlxalq elmi nəşrlərə çıxış baxımından yeni imkanlar yaradıb.
azxeber.com xəbər verir ki, razılaşmaya əsasən, ölkənin elmi və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar "Open Access" jurnallarda məqalələrini ödənişsiz dərc etdirmək imkanı qazanıblar.
Bu çərçivədə alimlər növbəti üç il ərzində nəşriyyatın yüzlərlə yüksək impakt faktorlu jurnalında məqalələrini limitsiz sayda dərc etdirə bilərlər. Adətən minlərlə manat təşkil edən məqalə nəşri xərcləri isə müqavilə çərçivəsində qarşılanır.
Artıq bu imkandan yararlanan alimlər də var. Bakı Mühəndislik Universitetinin müəllimi Sevda Hüseynova və Xəzər Universitetinin fakültə dekanı Engin Karadağ məqalələrini Cambridge University Press tərəfindən nəşr edilən açıq əlyetərli beynəlxalq elmi jurnallarda dərc etdiriblər.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma