Azərbaycan-Almaniya dostluq qrupunun rəhbəri Berlinin Qarabağ separatçıları ilə bağlı qərarını şərh etdi

Azərbaycan-Almaniya dostluq qrupunun rəhbəri Berlinin Qarabağ separatçıları ilə bağlı qərarını şərh etdiAzərbaycan-Almaniya dostluq qrupunun rəhbəri Berlinin Qarabağ separatçıları ilə bağlı qərarını şərh etdi
"Almaniya ilə Azərbaycanın ikitərəfli münasibətləri həmişə müsbət tempdə inkişaf edib. İki ölkə arasındakı əlaqələr həm iqtisadi, həm siyasi, həm də elm-təhsil sahəsini əhatə edir". 
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyətinin qadağan edilməsinə münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, rəsmi Berlinin qərarı Almaniyanın Azərbaycanla münasibətlərə nə qədər böyük önəm verməsinin təzahürüdür. 
Deputat bildirib ki, 2012-ci ildə Almaniya parlamentində çalışdığı müddətdə erməni separatçılarının qeyri-qanuni fəaliyyətlərinə hüquqi don geyindirmək cəhdlərinin şahidi olub. 
N.Həsənov qeyd edib ki, Almaniyada Ermənistanın təxribatının qarşısının alınması Azərbaycan diplomatiyasının uğurudur. 
Millət vəkili hesab edir ki, Avropa İttifaqı ölkələri içərisində Almaniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hüquqlarının qorunmasına çalışan aparıcı ölkədir. 
"Almaniyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə nümayəndəsi Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz seçkilər keçiriləndə öz etirazını bildirmişdi. Almaniya Xarici İşlər Nazirliyi həmin "seçkilərin" nəticəsini tanımadı. Bu, o deməkdir ki, Almaniya separatçı qüvvələrin hərəkətlərinə hüquqi don geyindirmək cəhdlərini də tanımır", - deyə N.Həsənov əlavə edib. 
Deputat onu da qeyd edib ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri prioritet sayır. 
Xatırladaq ki, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi separatçı "Arsax Respublikası"nı tanımadığını bəyan edib. 
Rəsmi Berlin qeyd edib ki, Almaniyada bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri, nə də qəbul edilmiş nümayəndəliyi mövcuddur. 
"Almaniyanın Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır", - deyə Almaniya XİN-in açıqlamasında bildirilib.  
Aqşin Kərimov

Siyasi       Tarix: 23 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə