Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə

Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə2011-ci ildə ABŞ-ın Şimali Karolina ştatında qəribə bir hadisə baş verdi. Bir kişi RBC bankının filialına daxil olaraq kassirə bir kağız uzatdı. Kağızda bunun bank soyğunu olduğu yazılmışdı və kassirdən pul tələb edilirdi. Amma burada qeyri-adi bir məqam vardı: kişi cəmi 1 dollar istəyirdi!
Pulu alan kimi sakitcə bankın foyesindəki divana əyləşib polisin gəlməsini gözləməyə başladı. Əslində, bu, tarixdə ən qəribə bank soyğunlarından biri idi. Bir dollar üçün banka basqın edən adamın başqa məqsədi olduğu isə sonradan məlum oldu.
Hadisənin səbəblərini araşdırmağa başlayanda 59 yaşlı kişinin faciəli həyat hekayəsi üzə çıxdı. O, 17 il Coca-Cola şirkətində yük maşını sürücüsü kimi çalışmışdı. Lakin sonradan həyatı alt-üst olmuşdu: işini itirmiş, tibbi sığortasından məhrum olmuş, bütün yığdığı pullar tükənmişdi.
Əvəzində sağlamlıq problemləri getdikcə artmışdı. Onurğasındakı iki fəqərəarası disk sıradan çıxmış, artrit səbəbindən barmaqlarının oynaqları şişmiş, sol ayağında güclü ağrılar yaranmışdı. Üstəlik, sinəsində bir şiş əmələ gəlmişdi. Bunun xərçəng olub-olmadığını isə bilmirdi.
Vəziyyət çıxılmaz bir dairəyə çevrilmişdi: ağrılar səbəbindən işləyə bilmirdi, işləmədiyi üçün tibbi sığortası yox idi, sığortası olmadığına görə də müayinə və müalicə ala bilmirdi.
O, əlillik müavinəti və ya erkən pensiya almaq üçün müraciət etmişdi. Lakin istədiyi cavabı almamışdı. Ona yalnız ərzaq almaq üçün sosial yardım talonları verilmişdi.
Bəs həkimə necə müraciət etsin? Pulu yox idi, sığortası yox idi. Həkim müayinəsindən keçmədiyi üçün xəstəliklərini təsdiqləyən tibbi sənədləri də əldə edə bilmirdi. Beləcə, yenə həmin çıxılmaz vəziyyətə düşmüşdü.
Nəhayət, 59 yaşlı kişi özünəməxsus, faciəvi bir qərar vermişdi. Pensiyaya çıxmasına hələ üç il qalırdı. O düşünürdü ki, həbsxanaya düşsə, bəlkə orada heç olmasa həkim müayinəsindən keçə və 62 yaşına qədər yaşaya bilər.
Əslində, həbsxanada da təhlükəsizliyindən ciddi narahat idi. Amma müalicə olunmaq üçün başqa yolu qalmamışdı. Həyatını davam etdirmək üçün belə çıxış yolu tapa bilmirdi.
Məhkəmə prosesi zamanı hakim və prokurorlar bu qəribə "əsrin soyğunu"na fərqli yanaşdılar. Onların fikrincə, bir dollar götürmək ağır bank qarətinə bərabər sayıla bilməzdi. Buna görə də ittiham daha yüngül – xırda oğurluq kimi tövsif edildi.
Kişi günahını etiraf etdi və təxminən bir il müddətinə azadlıqdan məhrum edildi. Halbuki onun hesabına görə, üç il həbsdə qalmalı idi.
Nəticədə cəzasını çəkərək həbsxanadan çıxdı. Daha sonra televiziya kanalına müsahibəsində verdiyi qərardan peşman olmadığını bildirdi. Onun sözlərinə görə, başqa çıxış yolu yox idi və bu addımı atmağa məcbur qalmışdı.
Təsəvvür edin, bir insan üçün həkimə müraciət etmək o qədər əlçatmaz olur ki, azadlıqda müalicə almaqdansa, həbsxanaya düşməyi üstün tutur.
Bax, sosial təminatın, tibbi sığortanın və insan həyatına verilən dəyərin olmadığı bir sistemdə insan taleyi bəzən bu qədər acınacaqlı olur.
Ağagül Mürsəlov,
KONKRET.az

Hadisə       Tarix: 25 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda obyekt yanır

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsus

"İnfiniti" aşdı: ölənlər var

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb. KONKRET.azreport-a istiandla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, "İnfiniti" markalı avtomobili

Türkiyədə zəlzələ oldu

Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13, 61 km dərinlikdə qeyd

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sürüşmənin aktivliyi davam edir

Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib. xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyini

23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub. -a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib. Məlumata görə

Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, interpolun Azərbaycan Respublikasındak

Azərbaycanda ağır qəzada həlak olanların sayı artdı: Ölənlər arasında azyaşlılar da var

Qazaxda baş verən avtomobil qəzasında ölənlərin sayı artıb. -ın məlumatına görə, qəza nəticəsində ağır vəziyyətdə xəstəxanaya aparılan 1979-cu il təvəllüdlü İttifaq İkram oğlu Müssədinov yolda həyatını itirib. Digər yaral

Azərbaycanda kürəkən qayınatasını öldürdü

Hacıqabulda qətl hadisəsi baş verib. apa-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhəri ərazində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini Asim İmanov qayınatası Davud Abbasovu bıçaqlayaraq öldürüb

İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə –a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələni


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber son.xabar dunyada son xeberler cəbhədən son durum