Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıqAzərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən "Yol xəritəsi" imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bununla paralel, Azərbaycan və Özbəkistan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əsasında qarşılıqlı səfərlərinin təşkili məsələsi də gündəmdədir. Bu təşəbbüsün reallaşması və vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər. "Yol xəritəsi"nin imzalanmasının vəsiqə ilə gediş-gəliş, eləcə də vizasız qalmaq və işləmək kimi məsələlərin həllinə kömək edib-etməyəcəyi maraq doğurur.
KONKRET.az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan – Özbəkistan Parlamentlərararası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycan və Özbəkistan parlamentləri arasında imzalanmış "Yol xəritəsi" iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə, o cümlədən parlamentlər səviyyəsində müttəfiqlik xarakteri daşıdığını göstərir:
"Ölkələrimiz arasında parlamentlərarası Forum təsis olunub ki, onun da birinci toplantısı bu il Özbəkistanın Xivə şəhərində keçirilib. Müxtəlif təsisatlar formasında şəbəkələnmiş əlaqələr qarşılıqlı münasibətlərin müttəfiqlik məzmununu zənginləşdirmək məqsədi daşıyır. Parlamentlər arasında müzakirə olunan bütün məsələlər hökümətlər arasında əməkdaşlıq münasibətlərini istiqamətləndirmək və xalqlarımızın birgə maraqlarına uyğun fəaliyyətləri dəstəkləməkdən ibarətdir".
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət ölkələr arasında insanların sərbəst hərəkətini və maneəsiz mal – əmtəə dövriyyəsini təmin etməklə vahid iqtsadi – mədəni məkanın formalaşmasına xidmət edir:
"Bu öz-özlüyündə çox geniş və uzun zaman tələb edən bir transformasiyadır. Buna nail olmaq üçün ilk növbədə xalqlar arasında mədəni – humanitar əlaqələrin tam sərbəstləşdirilməsinə və eyni zamanda iqtisadi – ticari əlaqələrin maksimum dərəcədə liberallaşdırılmasına ehtiyac var. Azərbaycan və Özbəkistan arasındakı mövcud əlaqələrin məhz bu prinsiplər əsasında inkişaf etdirilməsi hər iki xalqın arzuladığı gələcək birgəyaşayış mühitinin formalaşdırılmasına yönəlib. Qarşılıqlı rəsmi səfərlər, müzakirə olunan əməkdaşlıq formatları, hər iki ölkənin hökümətləri tərəfindən icraya yönəldilən təşəbbüslər onu göstərir ki, dövlətlərimiz xalqdan gələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməli addımlar atılır".
C.Feyziyev vurğulayıb ki, vizasız gediş – gəliş, istənilən müddət ərzində ölkə ərazisində qalmaq və işləmək icazələrinin sadələşdirilməsi ölkələr arasında müttəfiqlik münasibətlərinin ruhundan irəli gəlir.
"Ona görə də heç şübhə etmirəm ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq", – deyə deputat vurğulayıb.

Siyasi       Tarix: 27 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər

Putin və Si yırtıcıdırlar. Onlar ABŞ-ın qaraciyərini lobya və əla "Kyanti" şərabı ilə yemək istəyirlər. xəbər verir ki, bunu respublikaçı senator Con Kennedi NBC kanalının efirində deyib. Kennedinin sözlərinə görə

Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb

Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon təşkil edib. İki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. xəbər verir ki, b

Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam edir". xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xaric

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistan sərhədini qanunsuz keçərək Zəngəzur (Sünik) vilayətinin Şəki kəndinə daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb. -a istinadla xəbər verir ki, bunu Güclü Ermənistan fraksiyasında

Hiyləgər plan: Putin 13 canişin hazırlayır - Rusiyanı kim idarə edəcək?

Rusiya prezidenti Vladimir Putin ölkənin idarəetmə sistemini yenidən formalaşdırmağa çalışır. Lakin görünən odur ki, o, özünə vahid varis seçmək niyyətində deyil. Əvəzində hakimiyyətin davamlılığını təmin edə biləcək, yaxı

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb. APA-y

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqc

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən "Yol xəritəsi" imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqli

TRİPP layihəsi gündəmdə - "ABŞ olmasaydı…

Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün yaradılacaq şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sənədi imzalamaq səlahiyyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib. Ermənistanı


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber.az sosial yardim krimnal xeber