Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılsa da, danışıqların konkret tarixi hələ müəyyənləşməyib. Əvvəlki görüşdə hərbi əsirlərin mübadiləsi ilə bağlı əldə olunan razılaşmanın belə icra edilməməsi tərəflər arasında fikir ayrılıqlarının davam etdiyini göstərir.
Bəs yaxın perspektivdə yeni görüşün keçirilməsi realdırmı və bu danışıqlardan müharibənin dayandırılması istiqamətində nəticə gözləmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, yaxın vaxtlarda ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilsə də, hələlik konkret tarix məlum deyil.
Onun sözlərinə görə, ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp dekabrın 25-dək sülh razılaşmasının əldə oluna biləcəyini açıqlayıb. Lakin mövcud vəziyyət tərəflər arasında razılığın əldə edilməsinin çətin olduğunu göstərir.
Ekspert qeyd edib ki, ABŞ-də keçirilən görüşdən sonra Rusiya ilə Ukrayna arasında gərginlik daha da artıb. Moskva Ukrayna ərazilərini davamlı olaraq raket və PUA zərbələrinə məruz qoyur. Kiyev isə Rusiyanın neft emalı zavodlarını, Krım körpüsünü və yarımadaya gedən yolları hədəfə alaraq Krımı faktiki təcrid etməyə çalışır.
O.Qasımovun fikrincə, Krım körpüsünə ciddi ziyan dəyməsi və quru yolu ilə gediş-gəlişin çətinləşməsi Ukraynanın bu istiqamətdə müəyyən irəliləyiş əldə etdiyini göstərir.
Siyasi şərhçi vurğulayıb ki, yaxın vaxtlarda görüş keçirilsə belə, tərəflərin danışıqları irəli aparmaq niyyətləri hələlik aydın deyil. Xüsusilə Rusiyanın mövqeyində israr etməsi prosesi çətinləşdirir. Moskva hətta nəzarətinə keçirmədiyi Ukrayna ərazilərinin də ona verilməsini istəyir.
Ekspert əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin ərazilərini Rusiyaya vermək niyyətində olmadığını bir daha bəyan edib. Kiyev belə bir güzəşti müharibədə məğlubiyyət kimi qiymətləndirir.
O.Qasımov ABŞ-dəki siyasi dəyişikliklərin də danışıqlar prosesinə təsir göstərəcəyini düşünür. Onun sözlərinə görə, aralıq seçkilərindən sonra Konqresin hər iki palatasında Demokratların üstünlüyü ələ alması Donald Trampın Ukrayna siyasətinə təsir göstərə bilər.
"Demokratların Ukraynaya dəstəyi daha barizdir və onlar Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə düzəlişlər etməyə çalışacaqlar. Trampın apardığı siyasət, əslində, Ukraynanın güzəştə getməsi şərti ilə atəşkəsin əldə olunmasına yönəlmişdi. Demokratların buna razılaşacağı isə inandırıcı görünmür", – deyə siyasi şərhçi bildirib.
Ekspertin qənaətinə görə, Rusiya, Ukrayna və ABŞ arasında yaxın dövrdə yeni görüşün keçirilməsi mümkün olsa da, danışıqlarda ciddi irəliləyiş əldə etmək şansı azdır. Bu səbəbdən növbəti təmaslardan müharibənin dayandırılması istiqamətində real nəticə gözləmək hələlik çətindir.
Aynurə İsmayıl
KONKRET.az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…