"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır" - Fərid Şahbazlı

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu səfər Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoymasına və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün yeni imkanların açılmasına mühüm töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlığın inkişafı əsas müzakirə mövzularından biri olub: "Xüsusilə, Almaniyanın Azərbaycanın enerji sektorunda aparıcı tərəfdaşlardan biri kimi çıxış etməsi və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan, Almaniya ilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bu faktı Almaniya Prezidenti özü də təsdiq etdi və Rusiya qazı ilə bağlı problem yaranarkən Azərbaycana verdiyi dəstəyə görə təşəkkür etdi", - deyə o əlavə edib.
Fərid Şahbazlı bildirib ki, səfər zamanı Cənub Qaz Dəhlizi və bərpaolunan enerji layihələri çərçivəsində tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin Almaniya şirkətlərinin Azərbaycanın yaşıl enerji və nəqliyyat sektoruna sərmayə yatırması üçün geniş imkanların olduğu vurğulanıb.
Bununla yanaşı, səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və postmüharibə dövründə Qarabağın bərpası və yenidən qurulması kimi məsələlər müzakirə olunub: "Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh gündəliyini təşviq edir və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün fəal diplomatik addımlar atır. Bu məsələ Almaniya Prezidenti ilə görüşdə də ciddi müzakirə olundu. Dövlətimizin başçısı ölkəmizin mövqeyini ifadə edərək bildirdi ki, Azərbaycan qalib dövlət kimi sülhə hazırdır, lakin bu sülh ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Prezident İlham Əliyev real sülh üçün Ermənistanın atmalı olduğu addımları növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qarabağın Azərbaycanın suveren ərazisi olması və rəsmi Berlinin buna dair mövqeyinin dəyişməz olduğunu ifadə etməsi isə Avropada ölkəmizə düşmən mövqedə olan dövlət və dairələrin planlarını növbəti dəfə suya düşürdü", - deyə QHT sədri vurğulayıb.
Almaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olduğunu qeyd edən siyasi şərhçi deyib: "Frank-Valter Ştaynmayerin Bakı səfəri və verdiyi mesajlar göstərir ki, Berlin Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Xüsusilə, Almaniyanın Rusiya enerjisindən asılılığını azaltmaq strategiyası fonunda Azərbaycanla əməkdaşlıq ön plana çıxır. Bu səfər Almaniya-Azərbaycan strateji dialoqunun daha da genişləndirilməsi, yeni diplomatik və iqtisadi əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm nəticələrə səbəb olacaq". / azxeber.com

Siyasi       Tarix: 04 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler