Azərbaycan bankları risk qarşısındadırmı? - YENİ REYTİNQ
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunda tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi fonunda sektor üzrə sənaye riskinin azaldığını bildirib.
KONKRET.azxəbər verir ki, agentlik Azərbaycanın Bank Sənayesi Ölkə Risk Qiymətləndirməsində (BICRA) sənaye riski göstəricisini 8-dən 7-yə endirib.
S&P qeyd edib ki, bu qərar son üç ildə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatları əks etdirir.
Agentliyin qiymətləndirməsinə görə, 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində banklarda korporativ idarəetmə standartları tətbiq olunub, əlaqəli tərəflərlə əməliyyatlara məhdudiyyətlər qoyulub və Basel III tələblərinə uyğun likvidlik riskinin idarə edilməsi qaydaları qəbul edilib.
S&P əlavə edib ki, 2026-cı ildə risk-əsaslı nəzarətə keçid, IFRS 9 (Beynəlxalq Maliyyə Hesabatı Standartı 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Basel III standartlarına uyğunlaşdırılması və stress-test tələblərinin sərtləşdirilməsi bankların risk iştahını məhdudlaşdıracaq və kredit riskini azaldacaq.
Agentlik həmçinin vurğulayıb ki, tənzimləyici qurum 2024–2025-ci illərdə əks-tsiklik kapital buferinin aktivləşdirilməsi, likvidlik tələblərinin gücləndirilməsi və istehlak kreditləri üzrə qaydaların sərtləşdirilməsi kimi addımlarla bank sistemində risklərin idarə olunmasını daha da gücləndirib.
S&P-nin proqnozuna əsasən, yeni tənzimləmə tədbirləri fonunda kreditləşmənin artım tempi 2026-cı ildə 10–12% intervalında qalacaq, problemli kreditlərin payı isə 4,5–5,0% səviyyəsində sabitləşəcək.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma