Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın ittihamlarına cavab verdi
20 sentyabr 2023-cü ildə Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdi.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.
Nazir müavini qeyd edib ki, Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir.
"Daha da vacibi onlar Azərbaycanın Qarabağa girişinə icazə verdiyi iki BMT missiyasının müşahidələrini və tapıntılarını əks etdirmir. 30 ildən çox bir müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub. Onlar müstəqil beynəlxalq medianın orada olan və oranı görən üzvlərinin xəbərlərini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə və ya hər hansı bir hücum həyata keçirməyib və keçirməyəcək. Azərbaycan sentyabrın 19-dan sonra ciddi təminatlar verib", – Elnur Məmmədov vurğulayıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ