Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?
Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb.
Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb.
Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. Bəs milli biznes niyə xarici ölkələrin turizm sektoruna can atır? Həmin pulun Azərbaycan iqtisadiyyatına qoyulması üçün nə etmək lazımdır? "Report" mövzunu ekspertlərlə müzakirə edib.
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycan sahibkarlarının yerli turizmə, xüsusilə də regional turizmə yatırım etməməsinin səbəbi yerli icmaların bu sahədə fəaliyyətinin çox zəif olması ilə əlaqədardır:
"Bizdə, hətta dövlətin turizm məqsədi üçün ayırdığı ərazilər var, amma sahibkarlarımız yatırım etməkdən çəkinirlər. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksinə yatırım edilməsi üçün son 10 ildə bir neçə də çağırışlar olub ki, orada biznes qurulsun. Amma bu baş vermir və müxtəlif səbəbləri var. Bələdiyyələrin zəif işləməsi, yerli icma orqanlarının fəaliyyətsizliyi və s. Hesab edirəm, regionlarda bu işlər güclənməlidir. Bunun əsasında biz həmin ərazilərə Azərbaycan sahibkarlarının, hətta xarici iş adamlarının marağını artıra bilərik".
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkəmizdə ideyanın biznes modelə çevrilməsi ilə bağlı çətinlik var, buna görə də, pul sahibləri xarici ölkələrə üz tuturlar:
"Bunlar da o ölkələrdir ki, investisiya mühiti tam formalaşıb. Azərbaycanda eyni şəraitin olması üçün kapital bazarının inkişaf etdirilməsi, vençur və investisiya fondlarının fəaliyyət göstərməsi zəruridir. Elə şərait yaradılmalıdır ki, turizm sektorunun bilicisi olan sahibkarlarla investorlar arasında əməkdaşlıq qurulsun. Kapital ölkədən çıxmasın, əksinə ölkəyə yatırılsın".
"Turizm sahəsində xarici təcrübənin öyrənilməsi və gələcəkdə bu biznes modellərin Azərbaycanda tətbiqi prizmasından milli biznesin xarici ekspansiyası müsbət hal da sayıla bilər. Bu gün Türkiyədə Azərbaycan kapitallı, Azərbaycanda isə Türkiyə kapitallı şirkətlərin sayı çoxdur, bu, sevindirici haldır. Amma Azərbaycanda heç bir sahibkarlıq fəaliyyəti olmayan subyektin birbaşa xaricə investisiyası ölkəmizdən kapital axını deməkdir. Belə olan halda yeni iş yerləri və vergilər digər ölkənin gəlirlərinə aid ediləcək", - deyə o əlavə edib.
"Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurov isə hesab edir ki, əgər pulun ölkədə qalmasını istəyiriksə, investisiya mühiti daha da gücləndirilməli, iş adamları qoyduqları sərmayəyə tam təminat almalıdırlar:
"Bunun üçün isə xüsusilə regionlarda iş aparılmalıdır, investorlar stimullaşdırılmalıdırlar. Paytaxtdan kənarda hotellərin tikintisinə hələ də ehtiyac var. Ölkədə 700-ə yaxın hotel olsa da, yetərli deyil. Odur ki, investisiyalara ehtiyacımız var. Təminatlı mühit olmalıdır ki, turizm sektoru inkişaf etsin".

Turizm       Tarix: 17 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər gunun xeberleri valyuta mezennesi banklar valyuta məzənnələri