"Azərbaycan bu müqavilə ilə Türkiyənin NATO kimi müttəfiqinin də dəstəyini ala biləcək" - Anar Əsədli

"Şuşa Bəyannaməsi"nin imzalanmasından 1 il ötür. Əhəmiyyəti hələ uzun illər mərhələlərlə üzə çıxacaq bu müqavilə əslində gələcəyə yönəlmiş strateji bir işbirliyini göstərən müttəfiqlikdir. Strateji müttəfiqliklərin faydaları zamanla ortaya çıxır".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Onun fikrincə, bu müqavilə bir il ərzində günbəgün Azərbaycan dövlətinin dünyada baş verən geopolitik gəlişmələrdə mövqeyini möhkəmlədir.
"Nə baş verdi bu bir ildə?
"Şuşa bəyannaməsi" ilə Azərbaycan 44 günlük Vətən savaşındakı qalibiyyətini diplomatik güc olaraq, qala kimi sara bildi ki, bu, çox vacib faktordur. Həm Avropa İttifqanın sülh razılaşmasındakı rolunun artmasında, həm son bir ildə ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsində sözsüz ki, Türkiyə ilə müttəfiqliyin böyük təsiri var.
Azərbaycanın sülh məsələsində Türkiyə və Orta Asiya cümhuriyyətləri ilə əməkdaşlıq çərçivəsində bu problemə son qoya biləcək gücə malik olması, digər faktorlar dövlətimizin yaxın zamanlarda yuridiksiyasında olmayan bəzi ərazilərdə də idarəçiliyimizin həyata keçəcəyinə heç bir şübhə yeri qoymur.
Sürətlə dəyişən siyasi vəziyyət, xüsusilə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi, qanlı savaşı başlatması Qərbin və onun hərbi birliyi olan NATO-nun bütövliklə postsovet məkanı ilə bağlı siyasətini dəyişdirməyə məcbur etdi. Bu ciddi dəyişikliklər dövründə "Şuşa Bəyannaməsi"nin imzalanması onu göstərdi ki, bu, təkcə Azərbaycan və Türkiyənin dərin müttəfiqliyi deyil, eyni zamanda Azərbaycan bu müqavilə ilə Türkiyənin NATO kimi müttəfiqinin də dəstəyini ala biləcək", – deyə AY Partiya Başqanı əlavə edib.
Anar Əsədli bildirib ki, "Şuşa Bəyannaməsi" iki qardaş ölkənin imkanlarının birləşdirilməsi ilə Azərbaycanın beynəlxalq rolunu, çəkisini daha da artıran bir sənəddir: "Biz bir ildə bu gücü görür və hiss edirik. "Şuşa Bəyannaməsi"ndə yer alan iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin gücləndirilməsinə dair maddə əvvəl-axır "iki dövlət, vahid ordu" ideyasının reallaşmasına doğru mühüm addımdır.
Təbii ki, bu müttəfiqliyin iqtisadi tərəfləri də ayrıca qeyd olunmalıdır. Xüsusilə "Zəngəzur dəhlizi"nin geosiyasi əhəmiyyəti bu bəyannamənin Turan yolunda ən böyük addımlardan biri kimi dəyərləndirilməsi üçün yetərlidir".
KONKRET.az

Siyasi       Tarix: 14 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun