Azərbaycan bu sənədə qol çəkməyəcək - Ruslar Qarabağdan gedir - AÇIQLAMA

Azərbaycan bu sənədə qol çəkməyəcək - Ruslar Qarabağdan gedir - AÇIQLAMA"2025-ci ilin 10 noyabrında mövcud üçtərəfli müqavilənin müddəti bitəcək, müqavilənin müddəti uzadılmayacaq. Ona görə ki, müqavilə öz rolunu artıq oynamış olacaq. Rusiya sülhməramlıları Qarabağdan sakitcə gedəcək və Azərbaycan Ordusu həmin ərazilərə daxil olacaq. Heç bir döyüş olmayacaq".
Bunu mediaya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
Siyasi şərhçi Elçin Mirzəbəyli KONKRET.az-a açıqlamasında rusiyalı ekspertin fikirlərində haqlı olduğunu bildirib:
Azərbaycan bu sənədə qol çəkməyəcək - Ruslar Qarabağdan gedir - AÇIQLAMA"Rusiyalı politoloq Sergey Markovun dedikləri reallığı əks etdirir. Çünki rus sülhməramlılarının missiyası 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsi və bütövlükdə regionda hər hansı problemin qalmaması ilə bağlıdır. Əgər Ermənistan indiki şəraitdə sülh danışıqlarından yayınacaqsa, müxtəlif bəhanələr gətirərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına atacaq davranışlar sərgiləyəcəksə, rus sülhməramlılarının Azərbaycan ərazisində qalmasının heç bir məntiqi izahı olmayacaq.
Əgər ermənilər bu tipli davranışlar nümayiş etdirməyə davam edəcək, sülh prosesinə mane olmağa çalışacaq, eyni zamanda məhz Azərbaycan ərazilərində yaşayan və Azərbaycan vətəndaşlığı olan ermənilərin AR Konstitusiyasının verdiyi hüquqlar çərçivəsində ölkədə yaşamalarına maneə yaratmağa cəhd göstərəcəklərsə, adekvat tədbirlərin həyata keçirilməsi zəruri olacaq. Çünki bu uzunmüddətli bir proses ola bilməz".
E.Mirzəbəyli vurğulayıb ki, rus sülhməramlılarının Azərbaycan ərazisində daha 5 il qalmasına əsas verən yeni bir sənədin imzalanması gözlənilən deyil:
"Bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmaması Azərbaycanın bütövlükdə milli maraqlarına təhdiddir. Ona görə də rus sülhməramlılarının ölkəmizdə daha 5 il qalmasına imkan verən bir razılaşmanın ortaya çıxacağı gözlənilən deyil.
Əslində 10 noyabr bəyanatının bütün digər müddəalarına baxmayaraq, sülhməramlılarla bağlı məsələ növbəti mərhələdə üçtərəfli bəyanata daxil olan bir anlayış deyil. Bu artıq Rusiya və Azərbaycan arasında müəyyənləşdiriləcək bir məsələdir. Düşünürəm ki, Azərbaycan da rus sülhməramlılarının öz ərazisində qalması üçün hər hansı bir əsas görməyəcək".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari