Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır' - Deputat

Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır' - Deputat"Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Heç cür buna haqq qazandırmaq mümkün deyil".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub: "Hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub. Lakin görünən odur ki, hazırda Ukrayna Rusiyanın hücumuna məruz qalıb. Ukrayna ərazisində müharibə gedir. Təkcə Rusiyanın təhlükəsizlik kəməri kimi Luqansk və Donetskin müstəqilliyinin tanınması və onların təhlükəsizliyinin təmin olunması deyil, Kiyevə qədər hücum əməliyyatları gedir. Rusiya nüvə silahı istisna olmaqla bütün arsenalındakı imkanlardan istifadə edir.
Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Bu, əlbəttə, qəbul edilən deyil. Heç cür buna haqq qazandırmaq mümkün deyil. İstənilən arqument bu təcavüzün qarşısında acizdir. Ukrayna da bu gün müstəqil dövlət kimi öz varlığını qoruyub saxlamaq üçün mübarizə aparır. Onun apardığı müharibə müdafiə müharibəsidir. Öz ərazisini, suverenliyini, dövlət müstəqilliyini qoruyub saxlamaq üçün xalqın aparmış olduğu ədalətli müharibədir. Təbii ki, Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır. Ona humanitar yardım və aksiyanın keçirilməsində fəal iştirak edir. Eyni zamanda dövlətimiz də bununla bağlı özünün ənənəvi humanist siyasətinə sadiq qalaraq Ukraynaya humanitar yardım etmək üçün addımlar atıb". 
Deputatın sözlərinə görə, indiki vəziyyətdə heç bir tərəf geri çəkilmək istəmir:"ABŞ, Avropa Ukraynayla bərabərdir. Rusiyanın birbaşa hərbi təcavüzünün yanında Belarus da yer alır. Bu da fakt kimi özünü sübut edir. Başqa bir tərəfdən isə Çin artıq Rusiyanın yanında yer almaqdadır. Ona bu və ya digər şəkildə Rusiyanı iqtisadi çətinlikdən çıxarmaq üçün təzyiqlərini ortaya qoyub. Bəzi ölkələr də Rusiyaya qarşı özünün simpatiyasını göstərməkdədir. Ən azı Ukraynanın yanında deyil, onların dilindən sülhə çağırışı eşitmirik. İndi xoşagəlməz vəziyyət inkişaf etməkdədir. Dəqiq proqnoz vermək çətindir. Rusiyanın da, Ukraynanın da arqumentlərinə görə, geri çəkilmək şansları görünmür".
 
Aydın Nuri

Siyasi       Tarix: 03 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər krminal bu gun valyuta mezenesi xeberler bugun 2026