Azərbaycan daim bölgədə sülh təşəbbüslərinin müəllifi olub

Azərbaycan daim bölgədə sülh təşəbbüslərinin müəllifi olubMöhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. 
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda realla¬şıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şu¬rasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib Tacikistan, Türkiyə, Türkmənistan. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlət¬lərin iqtisadiyyatının dünya iqtisadiy¬yatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərə¬li istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub. 
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət¬imizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. 
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi mühüm və əlamətdar hadisədir. Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşada əməkdaşlığa, iqtisadi tərəqqiyə, nəhəng iqtisadi layihələrin müzakirəsinə həsr olunmuş bir tədbir Azərbaycanın quruculuq və sülh potensialının bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış məktubunda toxunduğu mühüm məqamlar gələcək əməkdaşlığa, regionun və region ətrafındakı dövlətlərin iqtisadi tərəqqisinə böyük təkan verəcəkdir.
Cənab Prezident Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və bu təşkilat çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi. Təşkilatda birləşən dövlətlərin nəhəng iqtisadi potensialından daha səmərəli istifadə üçün real imkanlara malik olduğunu bildirməklə yanaşı ölkəmizin quruma sədrliyi dövründə Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT çərçivəsində Təmiz Enerji və İqtisadi Tədqiqatlar mərkəzlərinin fəaliyyətə başlaması is¬tiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Yeri gəlmişkən, respublikamızın hə¬yata keçirdiyi iqtisadi strategiyada təmiz enerji layihələrinin reallaşdırılması xüsu¬si yer tutur. Azərbaycanda bu istiqamət daim diqqətdə saxlanılır. Ölkəmiz bər¬paolunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqa¬vilələrin bağlanılması da bunun bariz ifadəsidir. "ACWA Power" və "MAS¬DAR" ilə sazişlər, həmçinin Avstraliyanın "Fortescue Future Industries" şirkəti ilə 12 geqavat enerji üzrə saziş Avropaya təmiz enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm da¬şıyır. İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. 
İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bər¬pa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda "yaşıl enerji" və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində hə¬yata keçirilən layihələrin iştirakçıları sıra¬sına tezliklə qoşulacağını da bəyan edir. 
Bu gün Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir. Həyata keçirilə layihələr bölgənin logistika imkanlarına yeni nəfəs verəcək. Dəmir yol xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbə doğru uzanan logistik arteriyaların əsas qovşağı olacaq. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Cənab Prezident görülən quruculuq və bərpa işlərində qardaş ölkələrin dəstəyini də heç zaman unutmur. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.
Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları yaradacaqdır.
Naftalan şəhər sakini Arzu Məmmədov / azxeber.com

Siyasi       Tarix: 12 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari