Azərbaycan davamlı inkişaf edən ölkədir
Sözü imzası qədər keçərli olan lider fəaliyyətinin yaratdığı qanunauyğunluqlar qarşıya qoyulan məqsədə nail olmanın təcəssümüdür. Bu, müxtəlif ölkələrlə iqtisadi-siyasi münasibətlərin dinamikasında da əksini tapır. "Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq, əminəm ki, quracağıq"- deyən prezident İlham Əliyev böyük güclərin hesablaşmalı olduğu dövlət modelini təqdim edir. Bu modeli isə neytrallıq nümayiş etdirən ölkələr defakto təqdir edir.
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms dövlət başçısı İlham Əliyevlə görüşdən sonra deyib ki, Almaniya-Azərbaycan ticarət dövriyyəsi 100 faizdən çox olub və ölkəsi Azərbaycanla yaşıl enerji sahəsində loqistika, Orta dəhlizdə kimya sahəsi və manufakturalarla bağlı investisiyaların həyata keçirilməsini planlaşdırır.
AŞPA-da məhz alman nümayəndəsinin təklifi ilə Azərbaycana qarşı mövqenin sərgiləndiyi zamanda Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi Berlinin neytrallıq nümayiş etdirdiyini xüsusi vurğulayıb və qeyd edib ki, anti-Azərbaycan qüvvələrinin ölkəmizi günahlandırma cəhdləri əsassızdır. Azərbaycanın sülhə sadiq olduğunu diqqətə çatdıran Ali Baş Komandan diplomatik gedişlə Almaniya mətbuatında ölkəmizlə bağlı yazılan cəfəng fikirlərə də toxunaraq aydınlıq gətirib.
Azərbaycan həmişə beynəlxalq hüquq normalarına hörmət və riayət edib.
Azərbaycan 30 illik işğala son qoyub, ərazi bütövlüyünü öz gücü ilə bərpa edib. Hamıya məlum haldır ki, müharibə Azərbaycanın ərazisində olub. Lakin bütün bunlara baxmayaraq AŞPA ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib.
Dövlət başçımız isə düşünülmüş siyasət, parlaq zəka, uğurlu diplomatiya ilə yeni dünya nizamının şəkillənməsi ərəfəsində Azərbaycana qarşı olan haqsız təzyiqləri neytrallaşdırmaq əzmində olduğunu isbata yetirib.
Elnura Cavad-zadə
Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru, f.e doktoru, professor / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək