Azərbaycan deputatları Paşinyanla GÖRÜŞDÜ

Azərbaycan deputatları Paşinyanla GÖRÜŞDÜBu gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə AVRONEST Parlament Assambleyasının üzvü Tahir Mirkişili məlumat verib.
Deputat bildirib ki, Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunu regionda kommunikasiyaların açılması yönündə əhəmiyyətli olacağını qeyd edib. Daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin delimitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, 1-ci müharibə zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prosesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra isə 4 fevralda videokonfrans formatında görüşünə də toxunub. O, bu görüşləri müsbət qiymətləndirib.
Tahir Mirkişili Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu qeyd edib: "Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-covid iqtisadi inkişaf, texnologiyaların geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim. Ümumilikdə, görüş müsbət atmosferdə keçdi".
Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəlib.

Siyasi       Tarix: 21 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler iqtisadiyyat xeberleri bugun qurban bayrami 2026 bu gunun xeberleri haqqinda melumat bu gunun xeberleri